Ucarda məzunlar yol qəzasına düşdü: xəsarət alanlar var - YENİLƏNİB

Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri, 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.
***16:09
Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var. Hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı minik maşınında sürücü və sərnişinlər - XI sinif şagirdləri olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bilgəhdə faciəli QƏZA: Sürücü və sərnişin öldülər
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO












