Ucarda zəncirvari qəza: 3 avtomobil yararsız hala düşüb - FOTOLAR

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunu Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Lək kənd sakini, 1994-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Hüseynov "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan iri buynuzlu heyvanı vurub.
Rayon sakini, 1994-ci il təvəllüdlü Fərman Abuzərov kömək məqsədilə idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilini yol kənarında saxlayıb. Arxadan gələn Qeys Əmirovun idarə etdiyi "BMW" markalı minik avtomobili "VAZ 2106"ya çırpılıb. Zərbənin gücündən "BMW" yoldan çıxaraq aşıb.
Nəticədə hər üç avtomobil yararsız hala düşüb və Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Vüqar İmamqulu oğlu Quliyev müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var


















