Banner

Ucarda zəncirvari qəza - Xəsarət alanlar var - YENİLƏNİB

Qəzalar 19 Fevral 2026 16:23
Ucarda zəncirvari qəza - Xəsarət alanlar var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ucarda qeydə alınan yol-nəqliyyat hadisəsinin başvermə səbəbi açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 13:00-da qeydə alınıb:

"Bakı-Qazax magistral yolunun 217-ci kilometrliyində üzü Bakı istiqamətində hərəkətdə olan 30-AC-545 dövlət nömrə nişanlı MAN markalı yük maşınının qarşısına maneə çıxması ilə ani tormozlanma olub. Nəticədə yük avtomobili 99-XV-361 dövlət nömrə nişanlı "Mercedes-Vito" markalı və 77-CY-531 dövlət nömrə nişanlı "Mercedes-Benz E-Class" markalı avtomobillə toqquşub".

***15:41

Ucarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Fevralın 19-u saat 13:40-da Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə altı nəfər (dörd qadın, iki kişi) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif hissələrinin əzilmiş, cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", -məlumatda qeyd olunub.

***14:00

Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində zəncirvari yol qəzası olub. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Müsüslü kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan TIR, "Vita" və "Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Mercedes" yoldan çıxıb. 

Xəsarət alanlar var.

Əraziyə polis əməkdaşları cəlb olunub. 

Oxunub 206
ŞƏRH YAZ
Ad

E-mail

Şərh