Banner

“Ukrayna” dairəsində daha bir taksi sürücüsü qəza törətdi - VİDEO

Qəzalar 7 İyun 2021 17:00 Oxunub 5250
“Ukrayna” dairəsində daha bir taksi sürücüsü qəza törətdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda “Ukrayna” dairəsində qəza hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu dəfə qəza şəraitini yaradan “Chevrolet Cruze” markalı taksinin sürücüsü olub. Belə ki, dairəyə daxil olan 90-OA-586 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dairəni tərk edən digər avtomobilə yol verməyərək toqquşmaya səbəb olub. Hər iki avtomobilin sürəti aşağı olduğundan qəza ağır nəticələnməyib. 
Xatırladaq ki, ötən ay elə məhz bu nöqtədə daha bir qəza baş vermişdi. Yenə dairəyə daxil olan taksi sürücüsü digər avtomobilə yol vermədiyi üçün onun aşmasına səbəb olmuşdu. 

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh