Ukrayna helikopteri qəzaya uğrayıb, ölənlər var

Qəzalar 6 İyul 2026 23:13
Ukrayna helikopteri qəzaya uğrayıb, ölənlər var
WhatsApp kanalımıza abunə olun

Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması üzrə tapşırıq yerinə yetirilərkən "Mi-8" helikopteri qəzaya uğrayıb.

Avtosfer.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, hadisə nəticəsində dörd hərbi qulluqçu həlak olub.

Həlak olanlar: heyət komandiri kapitan Yuri Voron, şturman-təyyarəçi mayor Valentin Mukşinov, göyərtə texniki baş leytenant Boqdan Xmel və hava atıcısı kiçik çavuş Mixail Deryaqadır. Onların hamısı ordu aviasiyasının 16-cı əlahiddə "Brodi" briqadasında xidmət edirdilər.

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh