Banner

Ukraynada yaşayan həmyerlilərimiz tankın altında qaldı - VİDEO

Qəzalar 15 Avqust 2023 21:21 Oxunub 806
Ukraynada yaşayan həmyerlilərimiz tankın altında qaldı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ukraynada həmyerlilərimiz faciəvi şəkildə həlak olub.
Avtosfer.az xəbər verir ki, bəbəxt hadisə dünən səhər saatlarında Mariupol-Xerson yolunda cərəyan edib. Dəhşətli qəzanın baş verməsinə səbəb rus ordusunun tanklarla əraziyə daxil olaraq qarşısına çıxan hər şeyi əzib keçməsi olub. Həmin zaman yük maşınında olan 2 nəfər Azərbaycan vətəndaşı - Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləri də qorxunc şəkildə ölüblər. Belə ki, onlar yük maşınında olarkən ruslar tankla nəqliyyat vasitəsinin üzərindən keçib.  Nəticədə həmyerlilərimiz əzilərək tanınmaz vəziyyətə düşüb. Meyvə dolu maşınları isə tamamilə sıradan çıxıb. 
Qeyd edək ki, soydaşlarımız Donetsk bazarında satıcı işləyiblər. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh