Ulduz futbolçu avtomobil qəzasında öldü - YENİLƏNİB

Məşhur futbolçu Dioqu Jotanın öldüyü qəzanın təfərrüatı bəlli olub.
Avtosfer.az bununla bağlı "Daily Mail" nəşrinə istinadən xəbər verir.
Bildirilib ki, hadisə zamanı futbolçunun avtomobili aşıb və yanıb.
Qəza zaman futbolçu qardaşı Andre ilə birlikdə olub. Onlar yanaraq ölüblər.
Qeyd edək ki, futbolçu iyunun 22-də ailə həyatı qurmuşdu.

***12:23
İngiltərənin "Liverpul" klubunun portuqaliyalı hücumçusu Dioqu Jota faciəli şəkildə ölüb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı "Marca" nəşri məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı hücumçu İspaniyada yol-nəqliyyat hadisəsində həyatını itirib.
Futbolçu İngiltərənin "Liverpul" klubunda çıxış edib, əvvəllər "Vulverhempton", "Porto" və "Madrid Atletiko"sunun futbolçusu olub. Jota Portuqaliya millisində 46 oyun keçirib. "Liverpul"un tərkibində Jota İngiltərə çempionu və ölkə kubokunun qalibi adını, həmçinin Portuqaliya millisinin tərkibində iki dəfə UEFA Millətlər Liqasının kubokunu qazanıb.
Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi - FOTO
Moped və motosiklet qəzalarının əksəriyyəti ölümlə nəticələnir - REAL VİDEO
İsmayıllıda qəzada ölən ər-arvadın FOTOsu
18 yaşlı yeniyetmənin öldüyü "Baku City Karting" yenidən fəaliyyətə başladı - FOTO - VİDEO
Füzulidə “07” traktora çırpıldı - 10-cu sinif şagirdi öldü - FOTOLAR
Hacıqabulda "Ford" dəmir səddə çırpıldı; sıxılı qalan sərnişin belə xilas edildi - VİDEO
“Aygün Mall”un qarşısında ağır qəza – YARALILAR VAR - VİDEO
Sumqayıtda maşın qazıntı sahəsinə düşdü - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var - FOTOLAR - YENİLƏNİB
Azərbaycan vətəndaşı Türkiyədə qəzada öldü - FOTO
Qala qəsəbəsində avtomobil qatarla toqquşdu - VİDEO - YENİLƏNİB








