Uşağı vurmamaq üçün avtomobili maneəyə çırpdı: 1 ölü, 1 yaralı

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən Rüstəmov Sahib Sədaqət oğlu Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alırmış. S.Rüstəmov AzTU-nun birinci kurs tələbəsi olub. AzTU-nun mətbuat xidməti "Report"a faktı təsdiqləyib: "Rüstəmov Sahib Sədaqət oğlu universitetin "Radiotexnika və rabitə" fakültəsinin 317 a4 qrupunda, "Elektronika, telekomnikasiya və radiotexnika" mühəndisliyi ixtisası üzrə təhsil alırdı. İmtahan sesiyası bitdiyi və tətil olduğu üçün Rüstəmov Sahib doğulduğu rayona gedib və çox təəssüf ki, orada bədbəxt hadisə ilə üzləşib. Universitet rəhbərliyi, həmçinin Sahibin təhsil aldığı fakültə rəhbərliyi onun vəfatından kəndərlənir, ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir".
*** 14:15
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs tələbə olub. "Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər, Astara rayonunun Şahağacı kənd sakinləri 2000-ci il təvəllüdlü Rüstəmov Sahib Sədaqət oğlu və 2000-ci il təvəllüdlü Cabbarov Ağamoğlan Fikrət oğlu xəstəxanaya yerləşdirilib. Həkimlər S.Rüstəmovun həyatını xilas edə bilməyib, o, xəstəxanada ölüb.
***13:57
Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












