Uşaq avtomobilin altına düşdü və sağ qaldı - Video

Böyük Britaniyanın Sauthempton şəhərində avtomobil yolunu skuterlə keçən uşaq ölümdən qurtulub. Saatda 50 kilometr sürətlə hərəkət edən sürücünün yoluna qadın və üç uşağı çıxıb. Ana, onlardan ən kiçiyini dayandıra bilməyib. Uşaq yolun hərəkət hissəsinə çıxaraq, düz avtomobilin altına diyirlənib. Zərbə avtomobilin arxa təkəri ilə dəyib. Hadisədən sonra sürücü əyləci basaraq, avtomobildən ensə də, qadın onu əl işarəsi ilə dayandırıb. Ana uşağını yolun qırağına apardıqdan sonra, onun skuterini də götürüb.
Yol-nəqliyyat hadisəsini əks edən video sosial şəbəkədə yayıldıqdan dərhal sonra, ananın günahkar olması haqqında mübahisələr doğurub. Az qala faciə ilə bitəcək yol-nəqliyyat hadisəsinin görüntüsünə, 10 mindən çox adam baxıb. İstifadəçilər qeyd ediblər ki, körpə dəbilqədə olub. Çox güman ki, məhz bu da onu ciddi xəsarət almaqdan xilas edib. Polisin məlumatına görə, uşaq zərər çəkməyib. (Avtoreyd)
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










