Vaqonlar relsdən çıxaraq aşıb - Bakıda

Bu gün Ziya Bünyadov prospekti ilə Binəqədi şosesini birləşdirən 4 kilometrlik “Baksol” adlanan ərazidə dəmiryolunda hərəkət edən yük vaqonları relslərdən çıxaraq, aşıb. Yük vaqonlarının aşması ərazidə hərəkətin məhdudlaşmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bu faktı "Report"a təsdiqləyib.
O, bildirib ki, relslərdən çıxan yük vaqonları əvvəlcə "Baku Steel Company" MMC-yə yola düşüb, yükü boşaltdıqdan sonra təyinatı üzrə Keşlə dəmiryol stansiyasına hərəkət edib.
"Bu vaxt dəmiryol keçidində ağırtonnajlı yük maşını qabaritinə uyğun olmayan şəkildə dayanıb və qarşıdan gələn yük vaqonlarına toxunub. Nəticədə iki vaqonun hər birinin təkər cütü düşüb. Artıq əraziyə lazımi qüvvələr cəlb edilib. Təxminən 20 dəqiqəyə bağlanan yolda hərəkət bərpa olunacaq", - deyə N. Əzməmmədov əlavə edib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












