Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı

Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşmuş "Black Hawk" hərbi helikopteri təhlükəsizlik sistemini söndürərək uçub.
Avtosfer.az "CBC News" telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Senatının Texas ştatından olan üzvü Ted Kruz deyib.
Onun sözlərinə görə, qəza zamanı helikopterdə avtomatik asılı müşahidə-yayım (ADS-B) transponderi işləməyib.
Bununla belə, T.Kruz əminliyini bildirib ki, pilotların qurğunu söndürmək üçün səbəbləri olmayıb: "Sistemin söndürülməsinə milli təhlükəsizliklə əlaqəli səbəb olmayıbsa, bunu etmək üçün əsas yoxdur. Sözügedən halda helikopter təlim uçuşunu həyata keçirib".
Xatırladaq ki, yanvarın 30-da Amerika paytaxtının səmasında Kanzasdan uçan sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Nəticədə hər iki hava gəmisi Potomak çayına düşüb.
Təyyarənin göyərtəsində dörd ekipaj üzvü və 60 sərnişin olub. Helikopterdə isə üç hərbi qulluqçu olub. Onların heç birini xilas etmək mümkün olmayıb.(oxu.az)
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












