Vaşinqtonda aviaqəzada həlak olanların axtarışı başa çatdı

Xilasedicilər Vaşinqtonda (ABŞ) aviaqəzada həlak olan 67 nəfərin hamısının cəsədini aşkar edib və sudan çıxarıb.
Avtosfer.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Qeyd olunur ki, qalan cəsədlər təyyarənin Potomak çayının dibindən qaldırılan quyruq və burun hissələrində aşkar edilib.
Hazırda mütəxəssislər 66 cəsədin qalıqlarını identifikasiya edə biliblər.
Xatırladaq ki, yanvarın 29-da "PSA Airlines" aviaşirkətinə məxsus "Bombardier CRJ700" sərnişin təyyarəsi Vaşinqton hava limanına eniş edərkən təlim uçuşu həyata keçirən "Sikorsky UH-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hər iki hava gəmisi çaya düşüb. Təyyarədə 64 nəfər, helikopterdə isə 3 nəfər olub. Onların hamısı həlak olub. ABŞ Müdafiə Nazirliyinin qərarına əsasən, hərbi helikopterin həlak olan ekipaj üzvlərindən birinin adı açıqlanmayacaq. Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib.
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki piyadanı maşın vurdu - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı












