“VAZ-21099” bordürü dağıdaraq eyni markalı avtomobillə toqquşdu - VİDEO
Qəzalar
24 İyul 2023 19:40
Oxunub 1278

Xaçmazın Qusarçay kəndində eyni markalı avtomobillərin toqquşmasıyla yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, qəza bir neçə gün öncə səhər saatlarında qeydə alınıb. Görüntüdən məlum olduğu kimi, 50-DE-703 dövlət nömrə nişanlı, “VAZ-21099” markalı avtomobil, eyni markalı nəqliyyat vasitəsiylə toqquşub. Qəzanın baş verməsinə səbəb göy rəngli “VAZ-21099” sürücüsünün sürət həddini aşması olub. Belə ki, yüksək sürətlə irəliləyən maşın ana yoldan çıxaraq yol kənarındakı bordürü dağıdıb və qarşı tərəfdən gələn eyni markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi sıradan çıxıb. Sürücülər arasında ölüm halı qeydə alınmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













