“VAZ” idarəetmədən çıxıb işıqforda dayanan maşına çırpıldı, 1 nəfər.. - VİDEO

Qəzalar 8 Oktyabr 2024 14:43 Oxunub 162
“VAZ” idarəetmədən çıxıb işıqforda dayanan maşına çırpıldı, 1 nəfər..  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 7-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-SU-833 dövlət nömrə nişanlı “VAZ-2115” markalı maşın, 99-OZ-324 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb  “VAZ” sürücüsünün anidən idarəetməni itirməsi olub. Nəticədə zolağından çıxan “VAZ” işıqforun qırmızı işığında dayanan “Mercedes”ə çırpılıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb, sürücülərdən biri xəsarət alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh