"VAZ" iki maşınla toqquşdu - 2 uşaq yaralanıb

Rusiyanın Sankt-Peterburq vilayətinin Primorski diyarında ikisi azyaşlı olmaqla üç azərbaycanlının iştirakı ilə yol qəzası baş verib. "Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 20:00 radələrində Boqatırski prospekti ilə Yaxtennaya küçəsinin kəsişməsində qeydə alınıb. Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ" markalı avtomobil iki xarici markalı maşınla toqquşub. Polis əməkdaşlarının Sankt-Peterburqda Uşaq Hüquqları üzrə Müvəkkil Svetlana Aqapitovaya bildirdiklərinə görə, qəzaya qarşıdan gələn maşınlara yol verməyən "VAZ"ın sürücüsü səbəb olub. Qəza zamanı Azərbaycan vətəndaşının avtomobilinin qarşı oturacağında bir təhlükəsizlik kəməri ilə bağlanmış iki azyaşlı övladı olub. Zərbənin gücündən onlardan biri - 6 yaşlı oğlan maşının alın şüşəsindən bayıra çıxıb. Uşaq ağır vəziyyətdə N19 saylı Uşaq Şəhər Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsindən verilən məlumata görə, uşaq ciddi kəllə-beyin travması alıb. Onun ağ ciyərləri Reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Ailənin qəza zamanı xəsarət alan kiçik qız övladı Müqəddəs Mariya Maqdalina adına N2 saylı Uşaq Şəhər Xəstəxanasına yerləşdirilib. Qardaşına nisbətdə onun vəziyyəti elə də ağır deyil. Uşaq özündədir və həyatı üçün heç bir təhlükə yoxdur.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












