"VAZ" "Mercedes"lə toqquşdu: 78 yaşlı sürücü xəsarət alıb - FOTO

Lənkəran rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndindən keçən hissəsində baş verib. Belə ki, "VAZ-2104" markalı 42-BK-296 dövlət qeydiyyat nişanlı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanmış "Mercedes" markalı 99-XR-296 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ-2104" hərəkət istiqamətini dəyişərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində Lənkəran rayonu Xarxatan kənd sakinləri - "VAZ-2104"ün sürücüsü 1940-cı il təvəllüdlü Məmmədov Məhərrəm Ruzi oğlu və sərnişini 1968-ci ildə anadan olmuş Məmmədova Əntiqə Möhübbət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















