“VAZ” yüksək sürətlə dəmir maneəyə girib tanınmaz hala düşdü - VİDEO

Qəzalar 7 Oktyabr 2024 15:51 Oxunub 222
“VAZ” yüksək sürətlə dəmir maneəyə girib  tanınmaz hala düşdü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, qəza oktybarın 6-da səhər saatlarında baş verib. Belə ki, hərəkətdə olan 15-BK-128 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, hadisəyə səbəb yüksək sürət həddi olub. Nəticədə maşın yoldan çıxaraq dəmir maneəyə çırpılıb. Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə evakuator cəlb olunub və qəzalı maşın ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh