"VAZ"la traktor toqquşdu - Sürücülər dalaşdılar - FOTOLAR

ARB Kəpəz xəbər verir ki, qəza həm sərnişinin yaralanmasına, həm də tərəflər arasında mübahisə yaranmasına səbəb olub.
Qalmaqal yaradan yol qəzası Gəncə-Şəmkir magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib. Şəmkirin Kür qəsəbə sakini, 25 yaşlı Qəzənfər İsmayılovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən Göygölün Qırıxlı kənd sakini Maarif Əsgərova məxsus traktorla toqquşub. Nəticədə "VAZ"-ın sürücüsünün anasıŞölə Ələkbərova müxtəlif bədən xəsarərtləri ilə Gəncə Şəhər TTYX çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, hər iki nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olub. Traktor yolun sağ tərəfinə dönmə əməliyyatı edərkən "VAZ" ona çırpılıb.
Qəzənfər İsmayılov - VAZ-ın sürücüsü: "Mən Gəncəyə xəstəxanaya gedirdim. Birdən traktor yolun sağ tərəfindən digər hissəyə dönmək istədi. Bu zaman avtomobili saxlaya bilmədim. Qəza baş verdi".
Günahın hansı sürücüdə olduğu isə aparılan araşdırmalardan və təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB

















