Velosipeddən yıxılan uşağın ayağına armatur batdı - Ağdamda

Ağdamda 7 yaşlı uşağın ayağına armatur batıb. Hadisə rayonun Çəmənli kəndində baş verib. Avtosfer.az ans press-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonu, Çəmənli kəndində 1 nəfərin ayağına armatur batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Qarabağ Regional Mərkəzinın xilasediciləri hadisə yerinə cəlb olunaraq armaturu kəsib və zərərçəkmişi ailəsinə təhvil veriblər.
Xəsarət alan uşaq dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.
Xəstəxanadan bildirdilər ki, ayağına armatur batan uşaq 2009-cu il təvəllüdlü Bayramlı Rəvan Qədər oğludur. Onu xəstəxanaya gecə saatlarında çatdırıblar. "Armatur onun bud nahiyəsinə girib. Tibbi yardım göstərildi və vəziyyəti normallaşdığı üçün evə buraxıldı. O, velosiped sürərkən yıxılıb, hadisə də məhz bu zaman baş verib", -deyə xəstəxanadan bildirdilər.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












