Vəsiqəsiz yeniyetmə “Mercedes”lə 8 yaşlı uşağı vurdu; bölməyə düşdü - VİDEO

Yeniyetmə idarə etdiyi avtomobillə məktəblini vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Tümen şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, Andrey Korenevski küçəsində sürücülük vəsiqəsi olmayan yeniyetmə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun piyadalar üçün qadağan olan hissəsindən qaçaraq keçən 8 yaşlı oğlanı vurub. Zərbənin təsirindən oğlan havaya qalxaraq asfalta çırpılıb.
Qəza nəticəsində 8 yaşlı piyada xəsarətlər alıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib. Zərərçəkən ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.
Vəsiqəsiz yeniyetmə isə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Sözügedən hadisənin kadrlarını təqdim edirik:
Namiq Musayev
Qadın sürücü “Range Rover”i aşırdı - VİDEO
Beyləqanda AĞIR QƏZA: "Hyundai" idarəetmədən çıxaraq AĞACA ÇIRPILDI - VİDEO
Babək prospektində moped evakuatora çırpıldı - VİDEO
Bakıda yol təmiri tıxaca səbəb oldu - FOTOLAR
Ankarada iki avtomobil toqquşub, ölənlər var
Əsirlikdə ermənilərin qarşısında qorxmayan qazi Amin xəstəxanaya düşdü: "Dua edin" - VİDEO
Şəhərin mərkəzində “07” idarəetmədən çıxıb səkiyə qalxdı - VİDEO
Bakıda QƏZA: Beş avtomobil toqquşdu - VİDEO
"Fənərbaxça” prezidentinin düşdüyü qəzanın ANBAAN VİDEOsu
Polis bayram günlərində baş verən qəzaların görüntülərini yaydı - VİDEO
İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü - YENİLƏNİB










