Vinus Uilyams bir nəfərin ölümü ilə nəticələnən qəzada təqsirkar bilindi

Məşhur amerikalı tennisçi, 4 qat Olimpiya çempionu Vinus Uilyams Florida ştatında baş verən qəzada təqsirkar bilinib. Dünən baş verən qəza nəticəsində bir nəfər ölüb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, 78 yaşlı Cerom Barson və onun həyat yoldaşı Linda Barsonun olduqları nəqliyyat vasitəsi məşhur tennisçinin avtomobili ilə toqquşub. Nəticədə 78 yaşlı Cerom Barson 14 gün sonra xəstəxanada keçinib, onun həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Raporta görə, Barsonlar işıqforun yaşıl işığında hərəkət edərək küçənin kəsişdiyi hissəyə yaxınlaşıblar. Sükan arxasında olan Linda Barsonun sözlərinə görə, daha sonra Uilyamsın yolsuzluq avtomobili sol tərəfdən ona çırpılıb. Uilyams isə öz növbəsində iddia edir ki, yolun ortasında sıxlığa ilişdiyi üçün Barsonların avtomobilini görməyib. Məlumata görə, Uilyamsın avtomobili saatda 8 km sürət ilə hərəkət edib.
Bu sürətlə hərəkət edən avtomobilin törətdiyi qəzanın insan ölümü ilə nəticələnməsinin səbəbləri açıqlanmır. Uilyamsı Barsonlara yol verməməkdə ittiham edirlər. Hələlik başqa ittiham irəli sürülməyib.
37 yaşlı Vinus Uilyams Serena Uilyamsın böyük bacısıdır. Vinus Uilyams “Böyük dəbilqədə” yeddi qələbə, bacısı isə 23 qələbə qazanıb. O, iyulun 3-də başlanacaq Umbldon turnirinin favoriti hesab edilir.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












