“Volvo” “Mercedes” ilə toqquşdu: 4 nəfər ağır xəsarət alıb - İsmayıllı-Qəbələ yolunda

İsmayıllı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. “Volvo” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şəki sakinləri-2008-ci il təvəllüdlü Ramazanlı Ülvi Anar oğlu, 1980-ci il təvəllüdlü Ramazanova Aynur Bəybala qızı, 2010-cu il təvəllüdlü İmamzadə Altun Şahin oğlu, Bakı sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Məhsəti Əbdül qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar təcili yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












