Xaçmazda AĞIR QƏZA: 8 nəfər xəsarət aldı - FOTO - YENİLƏNİB

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan doqquz nəfər (dörd kişi, beş qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. İki nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb. Digər xəsarət alan şəxslərə instrumental müayinələr icra edilib. Onların hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib./oxu.az
***09:06
Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan doqquz şəxsin kimliyi məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Gəndov-Yalama avtomobil yolunun Çarxı kəndindən keçən hissəsində 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri - 1997-ci il təvəllüdlü S.İsmayılov və 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri - 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü R.Məmmədovadır.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində doqquz nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert












