Xaçmazda dəhşətli qəza: ölən və yaralanan var - FOTO

Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində sürücü həyatını itirib. Avtosfer.az anspress-in Şimal bürosundan verilən məlumata görə, Qəndab-Yalama yolunun 33-cü kilometrliyində "Mercedes" və "Lada Priora" markalı avtomobillər toqquşub. Qəza Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. "Lada Priora"nın sükanı arxasında olan 26 yaşlı Toğrul Məhərrəmov içkili halda yolun əks hərəkətli hissəsinə çıxıb və Xudat istiqamətində hərəkətdə olan Şəmkir rayon sakini 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi "Mercedes"lə toqquşub. Zərbənin gücündən "Priora" yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib. "Mercedes"in sükanı arxasında olan T. Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb. Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb. Qəzanın təfərrüatları araşdırılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












