Xaçmazda maşın dəmir yoluna çıxıb qatarla toqquşdu - Sürücü öldü - VİDEO - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində hadisə nəticəsində sürücünün ölməsi faktını təsdiqləyiblər.
Mərkəzdən bildirilib ki, fevralın 5-də saat 09:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü kişinin həkiməqədər ölüm faktı qeydə alınıb./report
***13:53
Bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.
Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.
"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
***
Xaçmazda qatar ilə avtomobil toqquşub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidində "VAZ"markalı avtomobili hərəkətdə olan qatar vurub.
Avtomobilin sürücüsü Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
“Hyundai” yük maşınına çırpıldı - Xəsarət alan var - VİDEO
Qala qəsəbəsində avtomobil qatarla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda yük avtomobili aşıb - ANBAAN VİDEO
Manevr qaydasını pozan taksi sürücüsü qəza törədib - VİDEO
İdarəetmədən çıxan “Hyundai” betona çırpılıb tanınmaz hala düşdü - VİDEO
Prospektdə zolağı kor-koranə dəyişən sürücü "Chevrolet"i vurdu - REAL VİDEO
Qəbələdə “VAZ” və “Renault” toqquşdu - VİDEO
Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı yaralandı
Tanınmış aparıcının bloqer qızı qəzaya düşdü - FOTO
Lökbatan-Qobu yolunda qəza - Yük maşını aşdı - VİDEO
Qəbələdə ağır avtoqəza - 24 yaşlı oğlan öldü








