Xaçmazda minik avtomobili çaya aşıb, xəsarət alanlar var - FOTO

Xaçmaz rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, "Mitsubishi Pajero" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına düşüb. İlkin məlumata görə, minik avtomobilində olan altı nəfər ağır bədən xəsarətləri alıb. Hazırda yaralıların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
***
Xaçmazda "Mitsubishi Pajero" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına aşması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.
Məlumata görə, qəza nəticəsində 6 nəfər - avtomobilin sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İskəndərov və sərnişinlər - 1962-ci il təvəllüdlü İ.İskəndərova, 1978-ci il təvəllüdlü V.Məmmədov, 1984-cü il təvəllüdlü G.Məmmədova, 2001-ci il təvəllüdlü P.Məmmədov və 2005-ci il təvəllüdlü M.Məmmədov ağır xəsarətlər alıblar.
Məlumata görə, qəzaya düşən şəxslər toy mərasimindən qayıdırlarmış.





Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












