Xaçmazda minik avtomobili “Shagman”la toqquşdu - FOTO - YENİLƏNİB

"Gəndob -Yalama yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs Xaçmaz rayon sakini Qədirov Samil Emin oğludur".
Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Hadisə bu gün saat 10-da Gəndob-Yalama yolunun 29-cu kilometrliyində qeydə alınıb.
"IVECO" markalı 01-AD-360 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 99-HV-337 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı sprinter toqquşub. Qəza nəticəsində bir nəfər ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.
(oxu.az)
***
10:48
Yanvarın 21-i səhər saatlarında Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobillə “Shagman” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, Xaçmaz rayonunun Çiləgir kənd sakini Samir Qədirov ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ













