Xaçmazda “Opel”lə toqquşan “VAZ” səkiyə çıxdı - VİDEO

Qəzalar 26 Yanvar 2026 16:30
Xaçmazda “Opel”lə toqquşan “VAZ” səkiyə çıxdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 25-də axşam saatlarında Heydər Əliyev prospektindəki dairədə qeydə alınıb.

Belə ki, hərəkətdə olan 99-GP-746 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil, 27-BZ-644 dövlət nömrə nişanlı “VAZ-2104” markalı maşınla toqquşub. Zərbənin təsirindən “VAZ” səkiyə çıxıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Oxunub : 390
ŞƏRH YAZ
Ad

E-mail

Şərh