Xaçmazda qəzada ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB

Xaçmaz rayonunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, rayonun Keymərət kənd sakini 1969-cu il təvəllüdlü Əzizov Rəsul Yunus oğludur.
*** saat 10:10
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba avtomobil yolunda, rayonun Ağyazı Buduq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil hərətkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarına aşıb. Bir neçə dəfə çevrilən avtomobilin hələlik şəxsiyyəti məlum olmayan sürücüsü hadisə yerində ölüb.
Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili tibbi yardım maşını gəlib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












