Xankəndidə “Lada” ilə motosiklet toqquşdu - Tələbə xəsarət aldı - FOTO

Xankəndi şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza şəhərin mərkəzi meydanında qeydə alınıb.
Hərəkətdə olan “Lada Priora” markalı avtomobillə Səid Allahverdiyevin sürdüyü motosiklet toqquşub.
Hadisə nəticəsində motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Məlumata görə, Səid Allahverdiyev Qarabağ Universitetinin Menecment ixtisası üzrə ikinci kurs tələbəsidir. Təhsil müddəti başa çatsa da, o, yay mövsümündə Xankəndidə qalaraq kuryer fəaliyyəti ilə məşğul olurmuş.
Xankəndi Şəhər Xəstəxanasında müalicə tədbirləri görüldükən sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












