Xətaidə ağır qəza: İki uşaq xəsarət aldı

Qəzalar 4 Sentyabr 2024 09:02 Oxunub 192
Xətaidə ağır qəza: İki uşaq xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Xətai rayonunda iki azyaşlı qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlər 2016-cı il təvəllüdlü H.N. və onun qardaşı, 2018-ci il təvəllüdlü H.Ə. xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Sürücünün ifadəsinə görə, avtomobilin əyləc sistemində yaranan problemə görə qəza baş verib.

Hadisənin təfərrüatı araşdırılır.

(report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh