Xətaidə idarəetmədən çıxan “Land Rover” “Prius”la toqquşdu - VİDEO

Qəzalar 2 Oktyabr 2024 14:15 Oxunub 208
Xətaidə idarəetmədən çıxan “Land Rover” “Prius”la  toqquşdu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonunda yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 1-də günorta saatlarında “Həzi Aslanov” metrosu yaxınlığında baş verib. Belə ki, hərəkətdə olan 77-KD-346 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobil, yolayrıcına daxil olan 77-KU-791 dövlət nömrə nişanlı “Toyota Prius” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Land Rover” sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Nəticədə idarəetməni itirən sürücü qarşıdan gələn maşına çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsi sıradan çıxıb.  

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar davam edir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh