Xətaidə qəza: “Toyota” ilə “Chevrolet” toqquşdu, yol nişanı qopdu - VİDEO
Qəzalar
28 Avqust 2025 15:30
Oxunub 1214

Paytaxtın Xətai rayonu, Sabit Orucov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 28-də saat 14:30 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-TE-802 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil, 77-YJ-668 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı maşınla toqquşub. İddialara əsasən, qəzaya səbəb “Toyota” sürücüsünün ötmə və manevr qaydalarını pozması olub. Qəzadan yayınmaq istəyən “Chevrolet” sürücüsü idarəetməni itirərək maşını bordürə çıxarıb və piyada keçidi yol nişanına çırpılıb. Hadisə zamanı hər iki maşına maddi ziyan dəyib, yol nişanı qopub.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














