Xəzərdə “06”nı vuran nəqliyyat vasitəsi axtarışdadır

Hadisə ötən gecə Maştağa qəsəbəsi, Albalılıq bağ massivində qeydə alınıb. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Məlikov Valeh Ağasəf oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla hərəkətdə olan zaman başqa bir minik maşını onu vuraraq hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. İlkin tibbi yardım zamanı Valeh Məlikovda kəllə beyin travması, baş beyinin əzilməsi xəsarətləri aşkar edilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törədən avtomaşının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər həyata keçirilir.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












