Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO - YENİLƏNİB

Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb.
***
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib.
Avtosfer.az xəbər verir ki, baku.ws-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə yenisi ilə əvəz olunaraq problem tam aradan qaldırılıb.
***12:03
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən, Regional Su Meliorasiya QSC Xırdalan dairəsində maşının təkərinin qapağının açıq lükə düşməsin hadisəsinə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, Qurumun Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən baku.ws-ə bildirilib ki, açıq qalan və ya qapağı olmayan lyuklarla bağlı məsələlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin diqqətində saxlanılır:
"Bu halların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə ərazilərdə mütəmadi baxış və monitorinqlər aparılır. Baxışlar zamanı lyukların vəziyyəti yoxlanılır, qapağı olmayan və ya zədələnmiş lyukların hansı qurumun balansına aid olduğu dəqiqləşdirilir.
Agentliyin balansında olan lyuklarla bağlı müvafiq tədbirlər görülür. Digər qurumların məsuliyyət dairəsinə aid olan hallar müəyyən edildikdə isə bu barədə aidiyyəti qurumlara məlumat verilir və məsələnin həlli üçün müvafiq tədbirlərin görülməsi istiqamətində iş aparılır. Lyuk qapaqlarının yerində olmaması oğurluq, zədələnmə və ya digər səbəblərlə əlaqədar ola bilər".
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşlardan açıq və ya qapağı olmayan lyuklarla qarşılaşdıqları zaman bu barədə aidiyyəti qurumlara məlumat vermələrini bildirib.
***10:00
Xırdalan dairəsi istiqamətində açıq qalan lyuk növbəti təhlükəli hadisəyə səbəb olub.
Avtosfer.az xəbər verir ki, avtomobilin açıq lyuka düşməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Eltac
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB












