Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı - VİDEO

Xırdalan şəhərində baş verən qəzanın təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
"Hadisə bu gün səhər saat 11 radələrində, Bakı - Sumqayıt şosesinin köməkçi yol istiqamətində baş verib. KIA markalı, 77-DJ-131 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan İsmayılzadə idarəetməni itirərək əvvəlcə Bəhmən Allahverdiyevin idarə etdiyi 77-VB-339 dövlət nömrə nişanlı, "Mercedes-Sprinter" markalı avtomobilə, daha sonra isə 10-TG-404 dövlət nömrə nişanlı 517 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində KIA markalı avtomobilin sürücüsü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır"./oxu.az
***
Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb.
Hadisə ilə bağlı aidiyyəti quruma müvafiq sorğu verilib.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev












