Xızıda avtobus qəzasında ağır yaralanan şəxs komadan ayılıb

Xızıda avtobusun aşması nəticəsində xəsarət alan 15 nəfərin müalicəsi Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyeva apa-ya deyib ki, hazırda yalnız bir nəfər - Talıbov Vaqif İlyas oğlu reanimasiyadadır. Həmin xəstə artıq komadan ayılıb və vəziyyəti stabil ağırdır. Digər xəstələr isə palatada müalicələrini davam etdirir. Onların bir neçə gündən sonra evə buraxılması nəzərdə tutulur.
Xəsarət alanlardan iki nəfər isə Klinik Tibbi Mərkəzdə müalicə olunur. Mərkəzin baş həkiminin müavini Adil Salahov bildirib ki, xəstələrin müalicəsi davam etdirilir. 2005-ci il təvəllüdlü Nigar Kazımlının vəziyyəti nisbətən yaxşılaşsa da, reanimasiya saxlanılır: "Onların evə buraxılması üçün hələ tezdir və bir müddət stasionar şəraitdə müalicə almalıdırlar".
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










