Xızıdakı dəhşətli qəzada sürücü içkili olub? - AÇIQLAMA

"Xızıda qəzanın baş verdiyi avtobusda sürücünün yanında oturan müşayiətçinin və digər yaralanan şəxslərin dediyinə görə, sürücü qəza zamanı içkili olmayıb. Qəzanın maşında əyləcin nasaz olması nəticəsində baş verdiyi bildirilir". Avtosfer.az bildirir ki, bunu trend-ə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev deyib. Onun sözlərinə görə, hazırda xəstəxanada qəza nəticəsində yaralanmış 13 xəstə müalicə edilir. Onlardan birinin vəziyyəti - Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi, 1953-cü il təvəllüdlü Talıbov Vaqif İlyas oğlunun vəziyyəti daha ağırdır. Həmin şəxs komadan qismən ayılıb. Baş həkimin müavini deyib ki, xəstəxanada müalicə olunan xəstələrdən 3-nün vəziyyəti orta ağır, qalanlarının vəziyyəti isə kafidir. Avtobusun sürücüsü, 1982-ci il təvəllüdlü Şirinov Zaur Hurquz oğlunun da vəziyyəti orta ağırdır. O, hazırda neyrocərrahiyyə şöbəsində müalicə olunur.
Xatırladaq ki, mayın 30-da Xızı rayonuna istirahət etməyə gedən Sumqayıt Dövlət Texniki Kollecinin kollektivinin olduğu avtobus dərədən aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 24 nəfər yaralanıb.
Avtoqəza ilə bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi) maddəsi ilə cinayət işi başlanıb.
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO










