Banner

Xocasən yolunda həyəcan təbili çalınır: Sürücülər qəzaya düşürlər - VİDEO

Qəzalar 5 Sentyabr 2025 13:00 Oxunub 1160
Xocasən yolunda həyəcan təbili çalınır: Sürücülər qəzaya düşürlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xocasən yolunda, “Abşeron” Ticarət Mərkəzinin qarşısında yolun vəziyyəti sürücülərə ciddi problemlər yaradır. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı bir sürücü çəkdiyi görüntüləri sosial şəbəkədə paylaşıb. Kadrlardan aydın olur ki, yolun ortasında yaranmış dərin çuxurlar və asfaltla eyni səviyyədə olmayan yağış kollektorları hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib. Xüsusilə də işıqlandırmanın olmadığı axşam saatlarında sürücülər bu maneələri görmədən ora düşür və nəticədə avtomobillərə ciddi zərər dəyir.

Sözügedən videonu təqdim edirik.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh