Banner

Xocasəndə avtobus qəzaya düşdü - Xeyli sayda yaralı var - VİDEO

Qəzalar 12 Sentyabr 2025 20:33 Oxunub 586
Xocasəndə avtobus qəzaya düşdü - Xeyli sayda yaralı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda 170 nömrəli avtobus qəzaya düşüb. Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, hadisə Xocasən yolunda qeydə alınıb. 

Belə ki, qəza nəticəsində 10-dan çox şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub. Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb. Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh