"Xoşbulağ"a gedən avtomobil çaya aşdı: 5 yaralı

Daşkəsən rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Zağalı kəndi yaxınlığında, Xoşbulaq istirahət mərkəzinə gedən yolda 1985-ci il təvəllüdlü Cəfərov Fariz Səfər oğlunun idarə etdiyi "BMW" markalı 20 CO 076 dövlət qeydiyyat nişanlı avtomobil dərəyə aşıb və bir neçə dəfə dövrə vuraraq çaya düşüb. Xoşbəxtlikdən qəza nəticəsində ölüən olmayıb. Sürücü ilə yanaşı sərnişinləri: 1986-cı il təvəllüdlü Quliyev Elçin Qalib oğlu, 1987-ci il təvəllüdlü Məmmədov Müslüm Vahid oğlu, 1980-ci il təvəllüdlüMəmmədov Etibar Behbud oğlu və 1980-ci il təvəllüdlü Əliyev Sahib Cəbrayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin araşdırma zamanı məlum olub ki, qəzaya düşən şəxslərin hamısı sərxoş vəziyyətdə olub. Onlar Xoşbulaq istirahət mərkəzinə gedirmiş.
Araşdırmalar davam etdirilir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












