Banner

Xudatda qəza: “VAZ”la toqquşan “Mercedes” səkiyə çıxdı - VİDEO

Qəzalar 8 Sentyabr 2025 13:00 Oxunub 1234
Xudatda qəza: “VAZ”la toqquşan “Mercedes” səkiyə çıxdı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 7-də gecə saatlarında Xudat şəhərində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 99-RH-437 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, 50-DA-337 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb ötmə və manevr qaydalarının pozulması olub. Nəticədə “VAZ”a çırpılan “Mercedes” səkiyə çıxıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşlar cəlb olunub. 

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh