Xutordakı faciəvi qəzada ölən sürücünün kimliyi bilindi - VİDEO - FOTO
Qəzalar
28 İyul 2021 11:10
Oxunub 62458

Xəbər verdiyimiz kimi dünən paytaxtın Xutor deyilən ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, “Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək yük maşınına çırpılıb.
Hadisə nəticəsində sürücü 1998-ci il təvəllüdlü Natiq Abdullayev aldığı xəsarətlərdən yerindəcə keçinib.
Avtosfer.az-a verilən məlumata görə avtomobil lizing şirkətinə məxsusdur və sürücü mütəmadi olaraq yol hərəkəti qaydalarını pozurmuş.
Qeyd edək ki, vəfat edən şəxs Memarlıq və İnşaat universitetinin məzunu olub. Onun fotoşəkillərini təqdim edirik:
Nərminə Əli


.jpg)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













