"Yağıntı sürüşmə sahələrinə daha çox təsir göstərib"

Son günlər ərzində havaların yağıntılı keçməsi magistral yollardakı sürüşmə sahələrinə daha çox təsir göstərib, Bakı-Şamaxı-Ağsu, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı yolları ətrafındakı sürüşmə sahələrində daha yüksək fəallıq müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, qışın son, yazın ilk ayında havanın yağıntılı keçməsi ölkə ərazisindəki mövcud və potensial sürüşmə sahələrinin intensivləşməsinə səbəb olub. Hazırda ölkənin bütün ərazilərində fəallaşma, xüsusilə Böyük Qafqazın cənub-şərq yamacında, yəni Ağsu, Şamaxı, Qobustan, Xızı, Siyəzən, Şabran rayonlarındakı sürüşmə sahələrində daha yüksək fəallaşma müşahidə edilir.
E.Əlizadə qeyd edib ki, hazırda Bakı-Şamaxı-Ağsu, Bakı-Şamaxı-İsmayıllı yollarında vəziyyət çox narahatlıq doğurur: "Şamaxı-Ağsu dolaylarında bu yaxınlarda baş vermiş sürüşmə barəsində bir necə il əvvəl xəbərdarlıq etmişdik. Bildirmişdik ki, həmin sahə çox böyük sürüşmə təhlükəliliyi olan ərazidir. Hazırda həmin ərazidə, yəni Ağsu dolaylarının başlanğıcında - "Şərədil" istirahət evinin yanında baş vermiş sürüşmə də həmin ərazidədir. Orada tikinti aparılanda sürüşmə təhlükəsinin olduğunu demişdik. İndi sürüşmə "Şərədil" istirahət evindən bir qədər aralıdır. İstirahət evində əraziyə bərkidilmiş dirəklər vurulub, yəni istinad divarı qurulub, sürüşmə də orada dayanıb. Bu sürüşmə bir daha sübut etdi ki, istirahət zonasının özü təhlükəli zonadadır, ora fəal sürüşmə zonasıdır. Ərazidə süxurlar sürüşməyə meyillidir. Sürüşmə də məhz həmin ərazinin yaxınlığında baş verib, arada olan məsafə isə 100-200 metr olar".
Bakı və Abşerondakı sürüşmə sahələrində də fəallaşmanın müşahidə edildiyini deyən E.Əlizadə qeyd edib ki, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" abidəsindən Teleteatra tərəf olan hissədə, yamac boyunca, xüsusilə Zığ sürüşmə zonasında fəallaşma müşahidə edilir.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










