Yağışlı hava şəraiti qəzaya səbəb oldu: turistlər xəsarət alıblar - VİDEO

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Koroğlu Rəhimov küçəsində baş verib. Belə ki, 90 SZ 133 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Paşayev Nəsimi Mahmud oğlu "Report"un hadisə yerində olan əməkdaşlarına bildirib ki, avtomobili idarə edərkən qəfil arxa təkərlər yaş asfaltın üstündə sürüşüb.
Nəticədə avtomobil yol kənarında dayanan 90 ZS 994 dövlət qeydiyyat nişanlı "Jeep" markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra "Nissan" beton səkiyə dəyib. Nəticədə "Nissan"da olan 2 İraq vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobillərə isə ciddi ziyan dəyib.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü N.Paşayevin izahatı alınıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












