Yaponiyada avtomobil İsrail səfirliyinin yaxınlığındakı polis hasarını dağıdıb - VİDEO - FOTO

Qəzalar 16 Noyabr 2023 23:08
Yaponiyada avtomobil İsrail səfirliyinin yaxınlığındakı polis hasarını dağıdıb   - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaponiyanın paytaxtı Tokio şəhərində avtomobil tam sürətlə İsrail səfirliyinin yaxınlığında olan polis hasarını dağıdıb.

Məlumata görə, qəza nəticəsində Yaponiyanın paytaxtında İsrail diplomatik missiyasını qoruyan bir polis əməkdaşı yaralanıb. Qəzaya uğrayan avtomobilin sürücüsü hadisə yerində saxlanılıb. İlkin versiyaya görə, qəzanı törədən şəxs yapon ifrat sağçı qruplarından biri ilə əlaqəli ola bilər.

Hadisənin digər təfərrüatı, o cümlədən sürücünün motivləri məlum deyil, lakin son vaxtlar Yaponiyada sağçı radikalların Fələstinə dəstək mitinqlərində nəzərəçarpacaq dərəcədə iştirakı müşahidə olunur. (oxu.az)

Oxunub 1282
ŞƏRH YAZ
Ad

E-mail

Şərh