Yarışa çıxan sürücü piyadalara təhlükə yaradıb maşını “07”yə çırpdı - ANBAAN VİDEO
Qəzalar
11 Aprel 2024 20:10

Gəncədə baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 9-u saat 19:54 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, “VAZ-2115” markalı avtomobil, “VAZ-2107” markalı maşınla toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb sürücünün hərəkətdə olan “VAZ-2107” markalı maşınla yarışa çıxaraq sürət həddini aşması olub. Belə ki, avtomobili yüksək sürətlə idarə edən sürücü yolda olan çuxuru son anda görüb və manevr etmək istəyib. Lakin o, idarəetməni itirərək maşını səkidə dayanmış piyadaların üzərinə sürüb. Daha sonra isə yol kənarında park edilmiş maşına çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Nərmin
Oxunub 4186
DİGƏR XƏBƏRLƏR
19 Yanvar 2026 22:03
Pedalların yerini səhv salan yaşlı qadın 7 avtomobilə zərər vurdu – 4 nəfər xəsarət aldı - VİDEO
19 Yanvar 2026 16:00
Ara məsafəsinin pozulması zəncirvari qəzaya səbəb oldu - VİDEO
19 Yanvar 2026 15:30
Xaçmazda “VAZ” yoldan çıxaraq aşdı - VİDEO
19 Yanvar 2026 14:30
Ağsu dolaylarında qəza: “Toyota” ilə toqquşan “07” yol kənarına düşdü - VİDEO
19 Yanvar 2026 12:23
Ucarda qəzada boğulub ölən şəxs müəllim imiş - FOTO
18 Yanvar 2026 20:27
Şəkidə ağır qəza: Yaralanan var
18 Yanvar 2026 20:11
Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var
18 Yanvar 2026 10:53
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
17 Yanvar 2026 21:25
Qəbələdə buzlu yolda "Rang Rover" yol kənarına aşıb - VİDEO
17 Yanvar 2026 16:06
Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var
17 Yanvar 2026 15:29
Şəmkirdə "VAZ" beton maneyə çırpıldı - FOTO
17 Yanvar 2026 11:00
Avtomobil kanala düşdü - Ölən var
ŞƏRH YAZ











