Yasamalda gecə saatlarında baş verən ağır qəzanın DETALLARI MƏLUM OLDU

Bakı Kənar Dairəvi yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sözügedən hadisə fevralın 6-sı saat 00:30-da kənar dairəvi yolun 13-cü kilometrliyində, Biləcəri istiqamətində baş verib:
"Hadisə zamanı Samir Məmmədağa oğlu Tağıyevin idarə etdiyi 77-AL-401 dövlət nömrə nişanlı "Khazar" markalı avtomobil 77-RS-976 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili ilə toqquşub. Toqquşma nəticəsində "Ford" markalı avtomobil yolun ortasına aşıb və "Chevrolet Cobalt" markalı 77-PL-054 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. "Khazar" markalı avtomobil isə qəza nəticəsində yolun kənarındakı dəmirə çırpılıb. "Ford" markalı yük avtomobili idarə edən Elşən Nəriman oğlu Əliyev xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfərə yerində tibbi xidmət göstərilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Lökbatana gedən yolda fevralın 6-sı saat 00:30-da üç maşının toqquşması ilə bağlı çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib".(oxu.az)
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO












