Yasamalda motosiklet geriyə dönən “Prius”la toqquşdu - ANBAAN VİDEO

Qəzalar 7 Oktyabr 2024 17:30 Oxunub 194
Yasamalda motosiklet geriyə dönən  “Prius”la toqquşdu  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonunda baş vermiş yol qəzası anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 6-da günorta saatlarında Abbas Mirzə Şərifzadə küçəsində baş verib. Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü geriyə dönmə yerində manevr edən zaman qarşıdan gələn motosikletlə toqquşub. Nəticədə motosiklet zərbənin təsirindən bir neçə metr önə düşüb. Xoşbəxtlikdən sürücü yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, geriyə dönən sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Əks halda görüntüdəki kimi, qəza qaçılmaz olacaq.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh