Yasamalda sürücü ağır qəza törətdi - VİDEO
Qəzalar
13 Yanvar 2022 12:30
Oxunub 9628

Bakıda sürücü ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsində baş verib. Belə ki, 99-HO-725 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü sözügedən küçədə yüksək sürətlə hərək edən zaman idarəetməni itirərək qəza törədib. Nəticədə yolun kənarında duran bir neçə avtomobilə çırpılıb.
Hadisə yerinə gələn polis əməkdaşları sürücünü saxlayaraq polis bölməsinə aparıb. Faktla bağlı araşdırma aparılır.
Elmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













